Burada sizin reklamınız ola bilər

“Eurovision” start götürdü – 10 ölkə FİNALDA – VİDEO
13 Avqust 2019 , 11:33

“Eurovision” start götürdü – 10 ölkə FİNALDA – VİDEO


Bu il İsrailin ev sahibliyi etdiyi 64-cü “Eurovision” mahnı müsabiqəsi başlayıb.

 

Primetime.az xəbər verir ki, Təl-Əviv şəhərində təşkil olunan yarışmanın birinci yarımfinalında bu axşam 17 ölkə təmsilçisi çıxış edəcək.

 

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Sloveniya, Çexiya, Polşa, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinodur.

 

Çıxışlardan sonra 10 ölkə – Yunanıstan, Belarus, Serbia, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri finala adlayıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR