Burada sizin reklamınız ola bilər

Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı
13 May 2019 , 23:15

Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı


Sabah Ramazan ayının 9-cu günüdür.

 

Primetime.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də Bakıda imsak saat 03:45, iftar isə saat 20:04-dədir.

 

Ramazan ayının 9-cu gününün duası:

 

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

 

Tərcüməsi:

 

“İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!”

 

Allah orucunuzu qəbul etsin!

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR