Burada sizin reklamınız ola bilər

DİQQƏT: Azərbaycanda bu əsər və filmlərdən istifadəyə görə ödəniş ediləcək – VİDEO
13 Avqust 2019 , 11:33

DİQQƏT: Azərbaycanda bu əsər və filmlərdən istifadəyə görə ödəniş ediləcək – VİDEO


Azərbaycanda 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib.

 

Primetime.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu əsər və filmlərdən istifadəyə görə Əqli Mülkiyyət Agentliyinə ödəniş edilməlidir.

 

Nazirlər Kabinetinin qərarı ilə Qətran Təbrizi, Nizami Gəncəvi kimi qədim dövr ədəbiyyat xadimlərinin əsərləri, o cümlədən əsərlərinin 70 ili tamam olmuş Səməd Vurğun, Əliağa Vahid kimi xalq yazıçılarının əsərləri də bu siyahıdadır.

 

“Arşın mal alan”, “Almaz”,”Görüş” və 1955-ci ilə qədər çəkilmiş daha 8 film də dövlət mülkiyyətində hesab olunur və bu filmlərdən istifadə zamanı da Əqli Mülkiyyət Agentliyinin xəzinəsinə istifadə haqqına görə ödəniş köçürülməlidir. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri üçün isə tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək.

 

Əqli Mülkiyyət Agentliyi isə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR