Burada sizin reklamınız ola bilər

Bərdədə istifadəyə yararsız 270 kq ət aşkar edildi
13 May 2019 , 14:41

Bərdədə istifadəyə yararsız 270 kq ət aşkar edildi


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri və rayon prokurorluğunun əməkdaşları ilə birgə Bərdə şəhərində keçiridiyi tədbir zamanı pozuntu aşkarlanıb.

 

DİN Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, şəhər sakini Ə.Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan öldükdən bir müddət sonra başı kəsilib, 270 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

 

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

Araşdırmalar aparılır.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR