Burada sizin reklamınız ola bilər

BAKIDA ŞOK: kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi
13 May 2019 , 12:57

BAKIDA ŞOK: kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi


Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.

 

Primetime.az Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb.

 

İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb.

 

Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə)  maddələri üzrə cinayət işi açılıb.

 

Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.

 

Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı.

 

Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR