Burada sizin reklamınız ola bilər

Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi
13 May 2019 , 12:09

Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi


ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.

 

Bu barədə Primetime.az-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.

 

Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

 

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

 

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

 

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR