Burada sizin reklamınız ola bilər

Popkorn satan gənc özünə yeni iş tapdı
10 May 2019 , 18:46

Popkorn satan gənc özünə yeni iş tapdı


Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan gənc İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib”.

 

Primetime.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib.

 

“O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib”.

 

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən uzaqlaşdırılması barədə məlumat paylaşmışdı.

 

Araşdırma zamanı məlum olub ki, həmin gənc Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR