Burada sizin reklamınız ola bilər

Xaçmaz sakini boğazından bıçaqlanıb
08 Sentyabr 2019 , 22:31

Xaçmaz sakini boğazından bıçaqlanıb


Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Alı Mustafayev küçəsində baş verib.

 

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

 

Hadisəni törədən şəxs şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR