Burada sizin reklamınız ola bilər

İsmayıllı meşələrində narkotik becərən 2 nəfər saxlanılıb
09 May 2019 , 16:54

İsmayıllı meşələrində narkotik becərən 2 nəfər saxlanılıb


İsmayıllı meşələrində narkotik becərən 2 nəfər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Primetime.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri  24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov  olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR