Burada sizin reklamınız ola bilər

FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib
08 Sentyabr 2019 , 21:21

FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib


İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

 

Primetime.az xəbər verir ki, hadisə rayonun Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib.

 

Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. O da məlum olub ki, ev sakini 10 saata yaxın köməksiz vəziyyətdə qalıb. Həyatı xilas edilən Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR