Burada sizin reklamınız ola bilər

Xalq artisti vəfat etdi – FOTO
13 Avqust 2019 , 11:33

Xalq artisti vəfat etdi – FOTO


Xalq artisti, məşhur bəstəkar Arif Məlikov vəfat edib.

 

Primetime.az xəbər verir ki, bəstəkar 85 yaşında dünyasını dəyişib.

 

Görkəmli bəstəkar A.Məlikovla vida mərasimi bu gün 14.00-da Bakı Musiqi Akademiyasında başlanacaq.

 

Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1965), Azərbaycan Respublikasının Xalq Artisti (1978), professor (1979), SSRİ Xalq Artisti (1986), Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001),[2] həqiqi üzvü (akademik) (2014) Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.

 

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

 

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR