Burada sizin reklamınız ola bilər

Yasamalda intihara cəhdin qarşısı alınıb
08 Sentyabr 2019 , 20:22

Yasamalda intihara cəhdin qarşısı alınıb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Nazirlikdən Primetime.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR