Burada sizin reklamınız ola bilər

Prezident Xalq artistinə ev verdi
08 May 2019 , 13:47

Prezident Xalq artistinə ev verdi


Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova mənzil hədiyyə edib.

 

Primetime.az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb.

 

Xalq artisti qeyd edib ki, ona Yasamal rayonu ərazisində üçotaqlı ev verilib. Q. İsmayılov buna görə, ölkə başçısına minnətdarlığını bildirib:

 

“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR