Burada sizin reklamınız ola bilər

İndoneziyada vulkan püskürməsi olub
07 May 2019 , 16:22

İndoneziyada vulkan püskürməsi olub


İndoneziyada vulkan püskürməsi baş verib.

 

Primetime.az xəbər verir ki, Sumatra adasındakı Sinabunq vulkanının püskürməsi nəticəsində 2 km hündürlüyədək kül sovrulub. Verilən məlumata görə, təbii fəlakətlə əlaqədar olaraq 15 km radiusda olan əhalinin təxliyyə olunması üçün hazır olmaları tapşırılıb.

 

Məlumat üçün bildirək ki, 400 ildən sonra 2010-cu ildə yenidən aktivləşən vulkanın 2014-2016-ci illərdəki püskürmələri nəticəsində 23 nəfər həyatını itirib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR