Burada sizin reklamınız ola bilər

Donald Trampdan Ramazan mesajı
06 May 2019 , 18:06

Donald Trampdan Ramazan mesajı


ABŞ prezidenti Donald Tramp dünya müsəlmanlarını Ramazan ayının gəlişi ilə bağlı təbrik edib. 

 

Primetime.az xəbər verir ki, Tramp təbrikində “Melaniya ilə ABŞ-dakı və dünyadakı bütün müsəlmanlar üçün bu müqəddəs ayın mübarək olmasını diləyirik” – deyə ifadə işlədib.

 

Bundan başqa o, “bu ay ərzində hamımızın bizə verilən nemətləri düşünmə və bir-birimizlə daha böyük dostluq yaratmaq fürsətimiz var. Ramazanın mənəviyyatı ilə hamımız daha uyğun və hörmətli bir cəmiyyət səviyyəsinə çata bilərik” deyib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR