Rusiyada daha bir təyyarə qəzası baş verib.
Primetime.az xəbər verir ki, hadisə Sibirdə olub. Belə ki, Boeing 737” tipli sərnişin təyyarəsi Norilsk hava limanəna eniş zamanı zolaqdan çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, ötən gün “Şeremetevo” hava limanına təcili eniş edən “Aeroflot” şirkətinə məxsus “SSJ 100” tipli sərnişin təyyarəsi yanıb. Nəticədə 41 nəfər dünyasını dəyişib.