Burada sizin reklamınız ola bilər

Tanınmış şair vəfat etdi – FOTO
13 Avqust 2019 , 11:33

Tanınmış şair vəfat etdi – FOTO


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Dəmir Gədəbəyli 80 yaşında vəfat edib.

 

Primetime.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə şairin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

 

Dəmir Gədəbəyli 1938-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub.

 

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1975-ci ildə filologiya elmlər namizədliyi, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

 

Azərbaycan televiziya və radio verilişləri komitəsində müxbir, redaktor, baş redaktor, proqramların məsul katibi vəzifələrində çalışıb.

 

Yüzlərlə mahnıya mətn yazıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR