Burada sizin reklamınız ola bilər

Tovuzda 54 yaşlı çoban göbələk yeyib öldü
30 Aprel 2019 , 11:10

Tovuzda 54 yaşlı çoban göbələk yeyib öldü


Tovuz rayon sakini göbələkdən zəhərlənib.

 

Primetime.az Trend-ə istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.

 

Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.

 

Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR