Burada sizin reklamınız ola bilər

Azərbaycanda əhali 3 ayda rabitə xidmətlərinə 463 milyon manat xərcləyib
29 Aprel 2019 , 21:51

Azərbaycanda əhali 3 ayda rabitə xidmətlərinə 463 milyon manat xərcləyib


2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 463,5 milyon manatlıq xidmət göstərib.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, xidmətin 71,5 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 43,6 faizi və ya 201,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

SİZƏ MARAQLI OLA BİLƏR