Burada sizin reklamınız ola bilər

Sürücülərin nəzərinə: Bu yollarda təmir işləri gedir
29 Aprel 2019 , 12:50

Sürücülərin nəzərinə: Bu yollarda təmir işləri gedir


Bakı şəhəri, Nəriman Nərimanov küçəsinin hər iki tərəfində həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində 29 aprel gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Primetime.az xəbər verir ki, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

SİZƏ MARAQLI OLA BİLƏR