Burada sizin reklamınız ola bilər

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq – FOTO
13 Avqust 2019 , 11:33

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq – FOTO


Xəbər verdiyimiz kimi, Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq.

 

Primetime.az xəbər verir ki, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.

 

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüş zamanı Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edib. Prezident Bəhram Bağırzadənin təklifini bəyənib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR