Burada sizin reklamınız ola bilər

Bakıda daha bir məktəbli qız yoxa çıxdı
28 Aprel 2019 , 12:26

Bakıda daha bir məktəbli qız yoxa çıxdı


Bakıda məktəbli qız itkin düşüb.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.

 

M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR