Burada sizin reklamınız ola bilər

Rəssam Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olacaq
27 Aprel 2019 , 17:30

Rəssam Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olacaq


Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Əzim Əzimzadənin xatirə muzeyinin yenidən qurmadan sonra açılışı keçiriləcək.

 

Primetime.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzey binası yenidən təmir edilib, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə isə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

 

Məlumat üçün bildirək ki, Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə rəssamın vaxtilə yaşadığı ev xatirə muzeyi olaraq yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə ziyarətçilərə qapılarını açıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR