Burada sizin reklamınız ola bilər

Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus yük maşını ilə toqquşdu – Yaralılar var
26 Aprel 2019 , 23:20

Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus yük maşını ilə toqquşdu – Yaralılar var


Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində, Bayraq Meydanının yaxınlığında qeydə alınıb.

 

Bakıdan Gəncə istiqamətinə hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər, 1991-ci il təvəllüdlü İlyas Ramiz oğlu İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, qəzaya düşən mikroavtobus Bakı şəhərində məktəblilər üçün təşkil olunmuş idman yarışından qayıdan məktəbliləri onların müəllimləri və valideyinlərini daşıyırmış.

 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR