Burada sizin reklamınız ola bilər

Hövsanda iki avtomobil toqquşudu- Ölən və xəsarət alanlar var
26 Aprel 2019 , 15:22

Hövsanda iki avtomobil toqquşudu- Ölən və xəsarət alanlar var


Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib, N.Məmmədov orada ölüb.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR