Burada sizin reklamınız ola bilər

Anasını döyə-döyə öldürən şəxs 17 il həbs cəzasından narazı qaldı, apellyasiya şikayəti verdi
25 Aprel 2019 , 18:50

Anasını döyə-döyə öldürən şəxs 17 il həbs cəzasından narazı qaldı, apellyasiya şikayəti verdi


Bakı Apellyasiya Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan C.İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyərək öldürüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

SİZƏ MARAQLI OLA BİLƏR