Müğənni Təranə Qumral “Səhər-səhər” verilişində qonaq olub.
Primetime.az xəbər verir ki, sənətçi həmkarı Nazənənlə arasında yaşanan qalmaqaldan danışıb. Təranə bildirib ki, heç vaxt Nazənənlə barışmayacaq. Nazənin haqda sual verən aparıcı Elgiz Əkbərə əsəbiləşən T.Qumral məhkəmənin yaxın günlərdə başa çatacağını söyləyib:
“Elgiz, əsəblərimlə oynayırsan, etmə. Mənə Azərbaycanda bilirsiz nə deyirlər? Dəmir ledi… Komplekssiz insanam. Mənim makiyajsız fotom da yoxdur. Düşmənlərim kompüterlə düzəldib yaydılar. Səhər yuxudan duranda deyirəm, Allah mənə nə qədər nur verib. Gecə qarğış edib yatanlar, səhər güzgüdə özünə baxanda qorxurlar”.