Burada sizin reklamınız ola bilər

Boğazına kəndir dolanan yeniyetmə boğularaq öldü – Azərbaycanda DƏHŞƏT
24 Aprel 2019 , 20:12

Boğazına kəndir dolanan yeniyetmə boğularaq öldü – Azərbaycanda DƏHŞƏT


Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

 

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

 

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR