“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smitin yerinə gələcək müğənni bəlli olub.
Primetime.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. Belə ki, Arpadarainin açıqlamasına görə, 27 aprel tarixində baş tutacaq konsertdə britaniyalı müğənnini elə həmyerlisi Cessi Cey əvəzləyəcək.
Sem Smitin Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Qeyd edək ki, Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.
Xatırladaq ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə baş tutacaq.