“Formula 1” yarışları çərçivəsində 27 aprel tarixində Bakıda konsert verməsi planlaşdırılan dünyaca məşhur müğənni Sem Smitin Bakıya gəlməyəcək.
Primetime.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi “Instagram” səhifəsində məlumat verilib. Verilən açıqlamada “dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub. Onun səhhətinin yaxşı olması hamımız üçün önəmlidir. Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik” deyə qeyd olunub.