“Axırda demək istədiyim sözü, əvvəldə demək istəyirəm. Çünki birdən yadımdan çıxar. Allah onun bəlasını versin ki, 5 il bundan qabaq olan hadisəni çıxıb efirdə təzədən danışır”.
Primetime.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişinə canlı telefon bağlantısı ilə qoşulan müğənni Təranə Qumral deyib. O, ötən gün verilişdə qonaq olan müğənni Nazəninin vəkilinin onun haqqında söylədikləri fikirlərə aydınlıq gətirib:
“Mən də Təranəyəm. Kimlərinsə nə ağlı ilə hərəkət edib, nə də danışıram. Heç kimin maşası deyiləm. Bu günə kimi öz sözümü demişəm. Kimlərinsə sözü mənim üçün bir o qədər də maraqlı deyil. Dünəndən mənim telefonum susmur. Hamı soruşur, “Sən həbs olunmusan?”. İnsanların hərəsi bir cürə düşünür. Bizim işimiz məhkəmədə bitmiş hesab olunur. Onlar apellyasiya məhkəməsinə verdilər. Onlarda qüvvədə saxladılar. Sonra verdilər ali məhkəməyə, burada da eyni ilə, qüvvədə saxladılar. Hər dəfə də onlar şikayət edirlər. Guya ki, mən şikayət edirəm. Mən məhkəmə qapılarını gəzməyi sevmirəm. Əllərində diktafonla səs yazılarımı yazırlar ki, birdən Təranə nəsə deyər. O Təranə öldü. Yoxdur, o Təranə ki, neçə illərdir mən səni gündəmdə saxladım. Bu artıq sənin üçün çoxdur. Çıxıb deyir ki, mən həmişə məşhur olmuşam.
Mən üzr istəmədiyimə görə dövlət mənə pul cəzası kəsib. Məhkəmənin qərarı çıxandan sonra, mənə məktub gələcək. Mən də ona əsasən pulumu ödəyəcəm”.