Burada sizin reklamınız ola bilər

Müşviqin “Ürəyim necəsən” mesajına görə başına gələn HADİSƏ
13 Avqust 2019 , 11:33

Müşviqin “Ürəyim necəsən” mesajına görə başına gələn HADİSƏ


Aktyor Müşviq Şahverdiyev həyat yoldaşının qısqanclığından danışıb.

 

Primetime.az xəbər verir ki, o, “Söhbət var” verilişində bununla bağlı etiraflar edib. Aktyor aparıcı Dilarə Əliyevanın “Ukraynaya gedəndə “WhatsApp”ı silirsən” sualına belə cavab verib:

 

“Başıma bir-iki dəfə bunla bağlı hadisələr gəlib. Ona görə də təmizləyirəm mesajları. Mesaj gələndə ekranda görünür, onu da yox etməyin yolunu tapmışam. Subaylıqda rahatlığa öyrəşirsən, evlənəndə çətin olur. Bir dəfə mesaj gəlib, yazılmışdı “ürəyim necəsən”. Güclə izah etdim ki, dostumdur yazan”.

 

Qeyd edək ki, Aynur adlı xanımla ailəli olan Şahverdiyevin bir övladı var.

SİZƏ MARAQLI OLA BİLƏR