“Eurovision 2019” müsabiqəsində vətənimizi təmsil edəcək müğənni Çingiz Mustafayevin tanıtım çarxı yayımlanıb.
Primetime.az xəbər verir ki, videonun çəkilişləri İsrailin Təl-Əviv şəhərində baş tutub. Ekran işində təmsilçimizin yarışa hazırlaşması prosesi də yer alıb.
Qeyd edək ki, Ç.Mustafayev Azərbaycanı “Truth” mahnısı ilə təmsil edəcək. Müsabiqə 14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək.