Burada sizin reklamınız ola bilər

Şəbnəm Amerika-Avropa məsələsindən danışdı: “O cür savadım yoxdur” – VİDEO
13 Avqust 2019 , 11:33

Şəbnəm Amerika-Avropa məsələsindən danışdı: “O cür savadım yoxdur” – VİDEO


Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, ifaçı Avropa-Amerika məsələsinə belə aydınlıq gətirib:

 

“Deməli, belə mən alim, coğrafiya müəllimi və ya həkim deyiləm. Mən müğənniyəm və mənə vacib deyil ki, coğrafiyanı mükəmməl bilim. Orta məktəb bitirmişəm. Dərslərimi elə də yaxşı oxuyan olmamışam. Hər zaman həvəsim musiqiyə olub. Həyatdır, ailəmin imkanı olmayıb, sonradan da erkən nikahım olub, ailə qurmuşam, ana olmuşam. Bilməmək ayıb deyil, o cür savadım yoxdur, amma bal kimi səsim var və bu fitri istedadımla, səsimlə ailəmi şah balası kimi yaşadıram. Məni guya, öz aləmlərində ələ salanlar heç itirilmiş torpaqlarımızın adını bilmirlər”.

SİZƏ MARAQLI OLA BİLƏR