Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Primetime.az xəbər verir ki, hadisə ölkənin Jambıl bölgəsində olub. Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 29 nəfər xəsarət alıb.
Verilən məlumata görə, yaralılar dərhal xəstəxanaya çatdırılıb.