Burada sizin reklamınız ola bilər

Bakıdan Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər təşkil olunacaq
19 Aprel 2019 , 20:00

Bakıdan Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər təşkil olunacaq


“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “PASHA Travel” şirkətləri Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, bu günlərdə AZAL-ın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.

 

Bunun nəticəsi olaraq, “PASHA Travel” altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək: iyunun 7-dən etibarən Bakı-Dammam-Bakı (cümə günləri), iyunun 9-dan Bakı-Əl-Xufuf-Bakı (bazar günləri), iyunun 10-dan isə Bakı-Ər-Riyad-Bakı (bazar ertəsi günləri) reysləri.

 

Xatırladaq ki, aprelin 8-dən etibarən AZAL Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə birbaşa aviareys açıb. Bundan başqa, şirkət iyunun 5-dən etibarən Bakı-Mədinə-Bakı (çərşənbə günləri) və Bakı-Burayda (Əl-Qassim)-Bakı (cədvəl dəqiqləşdirilir) aviareysləri üzrə birbaşa uçuşlara başlamaq niyyətindədir.

SİZƏ MARAQLI OLA BİLƏR