Demokratik Konqo Respublikasının şərqindəki Kivu gölündə sərnişin gəmisi batıb.
Primetime.az xəbər verir ki, prezident Feliks Tşisekedi açıqlama verib. Onun sözlərinə görə, 13 nəfər ölüb, 142 nəfər itkin düşüb. İlkin araşdırmalara görə, sərnişinlərin xilasedici jilet geyinmədiyi və gəmidə neçə sərnişinin olduğu haqqında sənədin olmadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.