Misirdə qatar qəzası baş verib.
Primetime.az xəbər verir ki, ölkənin şimalında yerləşən Kəfr Şeyx bölgəsində sərnişin qatarı relsdən çıxıb. Hadisə nəticəsində 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Verilən məlumata görə, xəstəxanaya çatdırılan xəstələrdən bir neçəsinin vəziyyəti ağırdır. Qeyd edilib ki, qəzaya relslərdə yaranan problem səbəb olub.
Sözügedən ərazidə çalışmalar davam edir.