Burada sizin reklamınız ola bilər

Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçdi
18 Aprel 2019 , 23:14

Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçdi


Bu gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, yanğın A.Novruzov və Qafqaz küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, həmin ərazidə qoyulmuş məişət tullantıları konteynerində yanğın başlayıb və güclü külək nəticəsində yaxınlıqda yerləşən 58 nömrəli məktəbin həyətindəki iki şam ağaclarına da keçib.

 

Hadisə ilə bağlı yanğından mühafizə xidmətinə xəbər verilib və yanğın söndürülüb. Ətrafda olan digər tikililərə ziyan dəyməyib.

SİZƏ MARAQLI OLA BİLƏR