Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyevdən çörəklə bağlı vacib QƏRAR
18 Aprel 2019 , 18:10

Prezident İlham Əliyevdən çörəklə bağlı vacib QƏRAR


Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

 

Primetime.az xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

 

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

 

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.

SİZƏ MARAQLI OLA BİLƏR